Ağstafa rayonunun ən yaşlı seçicisi Kolaxəlfəli kənd sakini, 101 yaşlı Cəfərova Mahu Vəli qızı səsvermə hüququndan istifadə edərək səs verib.
Bizim.Media xəbər verir ki, daşınan seçki qutusu ən yaşlı seçicinin yaşadığı ünvana çatdırılıb.
Həmçinin rayonun ən gənc seçicisi, Dağ Kəsəmən kənd sakini, Bəndiyev Akşin Rafiq oğlu da 108 saylı Ağstafa seçki dairəsi üzrə 38 saylı seçki məntəqəsinə gələrək ilk dəfə olaraq səsvermə hüququndan istifadə edib.
Xatırladaq ki, bu gün ölkənin bütün suveren ərazisində növbədənkənar parlament seçkiləri keçirilir.
Bizim.Media