Paşinyan: “Sülh müqaviləsinin 17 bəndindən 13-ü artıq razılaşdırılıb”

Paşinyan: “Sülh müqaviləsinin 17 bəndindən 13-ü artıq razılaşdırılıb”

Hazırda oxunan: Paşinyan: “Sülh müqaviləsinin 17 bəndindən 13-ü artıq razılaşdırılıb”

209249

“Biz ötən gün rəsmi Bakıya Sülh müqaviləsinin yekun variantına dair təkliflərimizi təqdim etmişik”.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.

O deyib ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb. Ermənistanın hökumət başçısının sözlərinə görə, sənəddəki bəndlərdə yer alan bir çox anlayışlar üzrə də razılıq əldə olunub:

“Bəndlərdəki bir çox anlayışlar razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün bəndlərin əsasında sülh müqaviləsini imzalayaq. Bunu ona görə vacib hesab edirik ki, bu bəndlərdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. Ona görə də təklif edirik ki, sənədi imzalayıb ratifikasiya edək, digər məsələləri isə daha sonra razılaşdıraq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO