Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, Birinci xanım bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan İmaməddin Xəlilov finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bizim.Media
![Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO](https://bizim.media/file/articles/2024/08/31/1725080997_-bfc89c3e171440882899618715810225510.jpg)
- A-
- A
- A+
Siyasət
09:07 / 31.08.2024
Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO
Hazırda oxunan: Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO
Hazırda oxunan: Mehriban Əliyeva İmaməddin Xəlilovu TƏBRİK ETDİ – FOTO
209200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.