Günay Ağamalı Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirdi – FOTO/VİDEO

Günay Ağamalı Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirdi – FOTO/VİDEO

Hazırda oxunan: Günay Ağamalı Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirdi – FOTO/VİDEO

209045

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 29 avqust 2024-cü ildə Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirdi.

Bizim.Media xəbər verir ki, ilk öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Namizədin vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və şəhid Kamran Quliyevin anası Arzu Quliyeva namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər və seçiciləri Günay Ağamalıya səs verməyə dəvət etdilər.
 

Tədbirdə çıxış edən Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi bütün görüşlərində Salyan əhalisindən səmimi münasibət, böyük dəstək gördüyünü, qonaq olduğu hər bir evdə böyüklərdən xeyir-dua aldığını böyük məmuniyyətlə bildirdi.


Milli Məclisə növbədənkənar seçkilərə namizədliyinin “Ana Vətən” Partiyası tərəfindən irəli sürüldüyünü bildirən G.Ağamalı partiyanın yarandığı ilk gündən Ulu Öndərimizin siyasi kursuna, ideologiyasına və dövlətçilik ənənələrinə sadiq olduğunu qürurla qeyd etdi. 

Günay Ağamalı “Cənab Prezident İlham Əliyev və hər bir azərbaycanlının sevimlisi olan Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva Ümummilli Liderin dövlətçilik konsepsiyasını və siyasi kursunu uğurla davam etdirirlər.

Biz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti, qazi və şəhid qardaşlarımızın qəhrəmanlıqları və xalqımızın sarsılmaz birliyi ilə tarixi Qələbəmizi təmin edərək gücümüzü, qüdrətimizi dünyaya nümayiş etdirdik” fikirlərini böyük fəxrlə seçicilərin diqqətinə çatdırdı. 

Daha sonra, seçki platforması haqqında ətraflı məlumat verən G.Ağamalı deputat seçiləcəyi təqdirdə seçicilər tərəfindən qaldırılan problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra qurumları ilə birgə sağlam əməkdaşlıq çərçivəsində səylə çalışacağını vurğuladı.
 

Görüşdə çıxış edən seçicilərdən Ülviyyə Təhməzova, Rafiq Əzizov Günay Ağamalıya uğurlar arzuladılar və sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verəcəklərini bildirdilər.


Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO