Durov valideynlik hüququndan məhrum edilib? - Keçmiş arvadından AÇIQLAMA/FOTO

Durov valideynlik hüququndan məhrum edilib? - Keçmiş arvadından AÇIQLAMA/FOTO

Hazırda oxunan: Durov valideynlik hüququndan məhrum edilib? - Keçmiş arvadından AÇIQLAMA/FOTO

208957

Telegram-ın həmtəsisçisi Pavel Durov İsveçrədə valideynlik hüququndan məhrum edilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu onun üç övladının anası İrina Bolqar açıqlayıb. 

O, iddianı hansı səbəbdən qaldırdığını da deyib:

"Durov məni məcbur edirdi ki, BƏƏ-yə köçüm. Sonra isə kartlara girişi blokladı və hesabları ödəməyi dayandırdı".

Xatırladaq ki, artıq iki ildir ki, Pavel Durov övladları ilə görüşmür.

Yeri gəlmişkən, Telegram-ın yaradıcısı onunla 2012-ci ildə tanış olub. Cütlüyn qızı Lea 2013-cü ildə, oğulları Daniel 2016-cı ildə, David isə 2017-ci ildə dünyaya gəlib. 2018-ci ilə qədər İrina uşaqları ilə Sankt-Peterburqda yaşayıb, sonra Dubay şəhərinə (Durov orda yaşayır) köçüb. BƏƏ-də yaşamaq icazəsi ala bilmədiyi üçün 2020-ci ildən uşaqları ilə İsveçrədə yaşayır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO