Ukrayna rəsmiləri vətəndaşlarına Pokrovsku tərk etmək üçün 2 həftə verdi - FOTO

Ukrayna rəsmiləri vətəndaşlarına Pokrovsku tərk etmək üçün 2 həftə verdi - FOTO

Hazırda oxunan: Ukrayna rəsmiləri vətəndaşlarına Pokrovsku tərk etmək üçün 2 həftə verdi - FOTO

208576

Ukrayna rəsmiləri Donetsk vilayətinin Pokrovsk şəhərində yaşayan vətəndaşlarına şəhəri tərk etmək üçün iki həftə verib.  

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, buna səbəb hazırda Rusiya ordusunun Ukraynanın Pokrovsk şəhərindən 11 km məsafədə olmağıdır.  

Rəsmilər qeyd edir ki, Rusiya ordusu bu məsafədən şəhəri rahatlıqla vura bilər.   

Ukraynanın hərbi administrasiyasının rəhbəri Serhii Dobrya avqustun 10-dan bəri 4300 nəfərin ərazini tərk etdiyini açıqlayıb:

“1000 nəfəri uşaq olmaqla 4300 sakin şəhəri tərk edib, lakin hələlik əhalinin əsas hissəsi - təxminən 58,000 nəfər qalıb, çünki Rusiyanın bu qədər yaxınlaşmağını heç kim gözləmirdi”.  

Mənbə onu da əlavə edib ki, Rusiyanın Ukraynanın şərqində yerləşən bu şəhəri istəməyinin səbəbi müharibədə istifadə oluna biləcək kömür mədənlərinin bir qisminin burada yerləşməsidir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO