105 il sonra

105 il sonra "Titanik"dən məktub gəldi – MƏKTUBUN MƏTNİ - FOTO

Hazırda oxunan: 105 il sonra "Titanik"dən məktub gəldi – MƏKTUBUN MƏTNİ - FOTO

20851

2017-ci ildə Kanada çimərliyində batmış gəmidən şüşə içərisində olan bir məktub tapılıb. Bir neçə il sonra isə məktub elmi ictimaiyyətin marağına səbəb olub. 

Bizim.Media “Life.ru” saytına istinadən xəbər verir ki, məktubun gənc fransız qadın tərəfindən yazıldığı ehtimal olunur.

3 aprel 1912-ci il tarixli möhürlənmiş şüşənin içərisində olan bu məktub, mütəxəssislərin marağına səbəb olub. Bununla da Kvebek Universitetinin bir qrup alimləri bunu araşdırmağa başlayıblar. 

Araşdırma nəticəsində məlum olur ki, məktub 2017-ci ilin yazında "Hopewell Rocks" çimərliyində istirahət edən bir ailə tərəfindən tapılıb. Mütəxəssislərin fikrincə, məktub “Titanik”in faciəli qəzasından bir gün öncə sualara atılıb. Məktubun müəllifinin isə 13 yaşlı qız Matilda Lefebvre olduğu iddia edilir.

Məktubda qeyd edilir:

"Bu şüşəni Atlantikanın ortasında dənizə atıram. Bir neçə gündən sonra Nyu-Yorka çatacağıq. Kimsə tapsa, bunu Leuvendəki Lefebvre ailəsinə bildirin" - deyə, yazılıb. 

Məktubun mətni Kvebek universitetinin "UQAR"-ın rəsmi saytında yerləşdirilib.
Həmçinin məktubda qız, anası və üç qardaşı ilə “Titanik”də üçüncü dərəcəli sərnişin olduqlarını da bildirib. Qeyd edilib ki, ailə 1910-cu ildə Amerikada daha yaxşı bir həyat yaşamaq ümidi ilə dörd uşağı ilə birlikdə Fransanı tərk edibmiş.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO