Laçına köçürülən 954 nəfər işlə TƏMİN OLUNDU

Laçına köçürülən 954 nəfər işlə TƏMİN OLUNDU

Hazırda oxunan: Laçına köçürülən 954 nəfər işlə TƏMİN OLUNDU

208468

Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın şəhərinə, Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub.
 

Həmçinin sakinlərdən 32 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğunun təminatına dəstək işləri aparılır.


Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO