UEFA “Qarabağ”ın rəqibinə qadağa QOYA BİLƏR

UEFA “Qarabağ”ın rəqibinə qadağa QOYA BİLƏR

Hazırda oxunan: UEFA “Qarabağ”ın rəqibinə qadağa QOYA BİLƏR

208411

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Zaqreb “Dinamo”sunun başı UEFA ilə dərddədir. 

Bizim.Media Xorvatiya mətbuatına istinadən xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi “Maksimir” yararsız haldadır.

Bildirilir ki, “Dinamo” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsə, UEFA çətin ki, ev matçlarını orada keçirməyə icazə versin. Hətta həmkarlarımız komandanın ötən həftə “Qarabağ”ı “Maksimir”də qəbul etməsinə də təəccüblənirlər.

Yerli KİV-də dərc edilən məqalədə arenanın təhlükəli vəziyyətdə olduğu, çoxdandır planlaşdırılan yenidənqurma işlərinin gecikdirildiyi vurğulanıb: 
 

“UEFA-nın avrokubok oyunun “Maksimir”də keçirilməsinə icazə verməsi möcüzədir. Kim bilir, Xorvatiya Futbol Federasiyası hansı əlaqələr, lobbilər, tövsiyələr və yalvarışlarla qitə futbol qurumunu razı salıb. Uçma ehtimalına görə bərbad vəziyyətdə olan, tribunaları azarkeşlərin üzünə bağlanan, oturacaqları isə örtülməyən stadion “Dinamo”nun hazırkı uğuruna uyğun deyil”.


Qeyd edək ki, ötən həftə “Maksimir”də keçirilən görüşdə “Dinamo” “Qarabağ” üzərində 3:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 28-də Bakıda oynanılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO