Astara rayonunda nəzarətsiz ərazidə dünən batan Astara rayonu Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən bütün gecə boyu davam etdirilib.
Bizim.Media xəbər verir ki, hazırda axtarışlar əlverişsiz dəniz havasına baxmayaraq dayanmayıb.
MÖVZU İLƏ BAĞLI:
Astarada dənizdə bir nəfər batıb, axtarışları davam etdirilir - VİDEO
Dənizdə batan şəxsin yaxın qohumları da hadisə yerində veriləcək hər hansı xəbəri gozləyirlər.
Batan şəxsin yaxınlarının dediyinə görə, o, nişanlı olub. Payızda toyu olacaqmış.
Sabutay, Bizim.Media, Cənub bürosu