Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Siyəzən Rayon Prokurorluğundan Bizim.Media-ya bildirilib ki, qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Bizim.Media