Estetik əməliyyat olunan müğənni ağlayaraq fəryad etdi – FOTO+VİDEO

Estetik əməliyyat olunan müğənni ağlayaraq fəryad etdi – FOTO+VİDEO

Hazırda oxunan: Estetik əməliyyat olunan müğənni ağlayaraq fəryad etdi – FOTO+VİDEO

20811

Rəqsləri və özünəməxsus gözəlliyi ilə bir zamanlar olduqca məşhurluq qazanan Türkiyəli müğənni Lara çətin anlar yaşayır.

Bir ara sənətdən uzaqlaşan və daha sonra üzünə etdirdiyi estetik müdaxilələr ilə yenidən gündəmə gələn Laranı insanlar tanıya bilməyiblər.

Bizim.Media xəbər verir ki, üzünün bir çox hissələri kimi dodaqlarına da müdaxilə etdirən müğənni, bu yaxınlarda dodağındakı dolğuları kiçiltmək üçün yenidən mini əməliyyat keçirib.

Lakin görünür vəziyyətin geri dönüşü yoxdur. Belə ki, xanım müğənni yaxın günlərdə sosial media hesabında ağlayaraq insanlara səslənib:

"Nə olar mənim üçün dua edin. Xahiş edirəm, heç bir yerinizə estetik müdaxilə etdirməyin. Dodağınızın quruluşu gözəl deyilsə belə, qoyun olduğu kimi qalsın. Dodağımla çöpü belə tuta bilmirəm, heçnə etdirməyin üzünüzə"- deyə, fəryad edib.

Səmra Xəlilbəyli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO