Arıqlamaq üçün istifadə olunan dərmanların fəsadları AÇIQLANDI - VİDEO

Arıqlamaq üçün istifadə olunan dərmanların fəsadları AÇIQLANDI - VİDEO

Hazırda oxunan: Arıqlamaq üçün istifadə olunan dərmanların fəsadları AÇIQLANDI - VİDEO

208107

Əczaxanalarda arıqlamaq istəyən insanlara şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərmanlar tövsiyə edilir. Bu dərmanlar isə reseptsiz satılır.

Bəs şəkər xəstəsi olmayan şəxslərin belə dərmanlardan istifadə etməsi nə dərəcədə doğrudur?

Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu dərmanların davamlı istifadəsi böyrəklərdə problemlərə və sümük əriməsinə səbəb ola bilər.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, bu dərmanların reseptsiz satışı qanun pozuntusudur:

"Apteklərdən dərman vasitələrinin əksəriyyəti resept əsasında buraxılmalıdır. Şəkərli diabet xəstəliyində istifadə olunan metformin-hidroklorid tərkibli dərman vasitələri də apteklərdən mütləq resept əsasında buraxılmalıdır. Qanun pozuntusu aşkarlandıqda inzibati tənbeh tədbirləri görülür".

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO