AFFA-dan "Neftçi"nin şikayəti ilə bağlı QƏRAR

AFFA-dan "Neftçi"nin şikayəti ilə bağlı QƏRAR

Hazırda oxunan: AFFA-dan "Neftçi"nin şikayəti ilə bağlı QƏRAR

207907

AFFA Apellyasiya Arbitraj Tribunalı şikayətçi “Neftçi” Peşəkar Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edib.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, 11 avqust 2024-cü il tarixdə Misli Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə futbolçunun 2 oyun cəzalanması, “Neftçi” klubunun 2000 manat cərimə edilməsi (AFFA İntizam Məcəlləsinin 40.4-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilib.

Futbolçu Ervin Koffi barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib. Onun üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilib.

AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılıb.

Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO