Elektron siqaretlərlə bağlı XƏBƏRDARLIQ – Bu şəxslər üçün RİSK BÖYÜKDÜR

Elektron siqaretlərlə bağlı XƏBƏRDARLIQ – Bu şəxslər üçün RİSK BÖYÜKDÜR

Hazırda oxunan: Elektron siqaretlərlə bağlı XƏBƏRDARLIQ – Bu şəxslər üçün RİSK BÖYÜKDÜR

207706

Elektron siqaretlərin satıldığı köşklərin günbəgün çoxaldığını görürük. Hətta marketlərdə də elektron siqaretlərin reklamları ilə rastlaşırıq. Çox insan siqareti tərgitmək üçün elektron siqaretdən istifadə etməyə başlayır.

Bəs elektron siqaretlərin zərərləri nələrdir?

Pulmonoloq Əsəd Beydullayev Bizim.Media-ya elektron siqaretlərin zərərlərindən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Elektron siqaretlərlə bağlı XƏBƏRDARLIQ – “Xərçəngə səbəb olur”


“Siqaretin zərərləri ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilir, daim həkimlər bu məsələni gündəmdə saxlamağa çalışır. Amma digər tərəfdən də siqaretlərin yeni nəsilləri formalaşır. Elektron siqaretlərin də ciddi yan təsirləri var. Heç kəs deyə bilməz ki, elektron siqaretlər zərərsizdir və ya asılılığı aradan qaldırır. Bu çox yalnış fikirdir.

Elektron siqaretin zərərli tərəfləri siqaretdən də artıqdır. Çünki elektron siqaretlərin içərisində olan qızdırıcılar vasitəsilə qızmış buxar tərkiblərində xüsusi hissəciklər daşıyır, hansı ki, insan tənəffüsünə ziyan verə bilər. Satışının bu qədər geniş vüsət alması, xüsusən də marketlərdə göz önündə olması yaşı az uşaqların da elektron siqaretdən alıb istifadə etmək şansını artırır. Ciddi fəlakətdir, zamanla da öz fəsadlarını göstərəcək”.

Bu şəxslər elektron siqaretdən uzaq durmalıdırlar

Pulmonoloq bildirir ki, elektron siqaretlər tənəffüslə bağlı xəstəliyi olanlar üçün riskləri artırır:

“Elektron siqaretlər astma xəstəliyi olan adamlarda xəstəliyin kəskinləşməsinə səbəb olur. Elektron siqaretlərin tərkibindəki dad əlavələri, qoxu əlavələri insanlarda verdiyi reaksiyanın kəskinləşməsinə səbəb olur. Yanaşı oturan insanlara da olaraq təsir edir. Sadəcə dəqiq araşdırmalar olmadığı üçün nələrə səbəb ola biləcəyi hələlik məlum deyil”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO