İtkin düşən səhiyyə naziri sağ tapıldı

İtkin düşən səhiyyə naziri sağ tapıldı

Hazırda oxunan: İtkin düşən səhiyyə naziri sağ tapıldı

20737

Omsk vilayətinin itkin düşən səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi vilayət hökumətinin mətbuat xidmətinə istinadən yayıb.

"Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski Baslı kəndi ərazisində insanların qarşısına çıxıb. Vəziyyəti yaxşıdır. İndi Bolşeukovsk rayonundakı bir xəstəxanada müayinə olunur", deyə vilayət rəhbərliyindən bildiriblər.

Polisin verdiyi məlumata görə, mayın 7-də Muraxovski ov bazasından meşəyə gedərək Omsk vilayətinin Bolşeukovsk rayonunun Pospelovo kəndi yaxınlığında (Omskdan 270 kilometr aralı) itib. 

Məmurun itkin düşməsini rəsmi olaraq mayın 9-da axşam polis idarəsi təsdiq edib. Axtarışda “Liza Alert” və Dobrospas dəstələrinin könüllüləri, yerli polis bölməsinin şəxsi heyəti, Rusiya Qvardiyası, Fövqəladə Hallar Nazirliyinin zabitləri, ov müfəttişləri və yerli sakinlər iştirak edib, helikopter və pilotsuz təyyarələr cəlb edilib.

Muraxovski vilayətin səhiyyə naziri vəzifəsinə təyin edilməzdən əvvəl Aleksey Navalnının ötən il avqustin 20-də təyyarə ilə aparıldığı 1 saylı Omsk Təcili Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO