Misir prezidenti Qəzza ilə bağlı region ölkələrinə ÇAĞIRIŞ ETDİ

Misir prezidenti Qəzza ilə bağlı region ölkələrinə ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: Misir prezidenti Qəzza ilə bağlı region ölkələrinə ÇAĞIRIŞ ETDİ

207106

Misir prezidenti Əbdülfəttah Əs-Sisi Qəzzada atəşkəs razılaşmasının əldə edilmısi üçün region ölkələrini birgə səylər göstərməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Misir prezidenti bu barədə Qahirədə Fransanın xarici işlər naziri Stefan Securnet ilə görüşündə bildirib.

“Bütün maraqlı tərəflər indi mövcud olan fürsətdən istifadə etmək üçün bir araya gəlməli və Qəzza zolağında hələ də bölgədə daha da gərginliyin qarşısını alacaq atəşkəs razılaşmasına nail olmalıdırlar”, - deyə Əs-Sisi bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət də mövcud münaqişənin köklərini aradan qaldırmalıdır:

“Və bu, yalnız müstəqil Fələstin dövləti yaratmaq və beləliklə, iki dövlət prinsipini həyata keçirməklə əldə edilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO