Ermənipərəst senator Bob Menendez HƏBS EDİLƏCƏK

Ermənipərəst senator Bob Menendez HƏBS EDİLƏCƏK

Hazırda oxunan: Ermənipərəst senator Bob Menendez HƏBS EDİLƏCƏK

207052

Ermənipərəst senator Bob Menendez siyasi karyerasını avqustun 20-də bitirəcəyini açıqlayıb.

Bizim.Media “The New York Times“a istinadən xəbər verir ki, 2006-cı ildən ABŞ Senatının üzvü olan B. Menendez bu qərara ötən ay korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra gəlib.

Məlumata əsasən, barəsində oktyabrın 29-da hökm çıxarılacaq olan B. Menendezin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi istisna edilmir.

Bu arada məlum olub ki, 70 yaşlı senator seçki öncəsi praymerizlərdə iştirak etməyib.

Uzun illərdir ermənipərəst mövqeyi ilə seçilən Bob Menendezin ABŞ-dəki erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrinin olduğu deyilir.

Xatırladaq ki, senatın Nyu-Cersidəki evinə basqın zamanı FTB agentləri evin ətrafında gizlədilmiş təxminən 500.000 dollar nağd pul, həmçinin təxminən 150.000 dollar dəyərində qızıl külçələr və dəbdəbəli Mercedes-Benz kabriolet tapmışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO