Xaçmazdakı qətlin YENİ DETALLARI

Xaçmazdakı qətlin YENİ DETALLARI

Hazırda oxunan: Xaçmazdakı qətlin YENİ DETALLARI

207050

Xəbər verdiyimiz kimi, Xaçmazda qətl hadisəsi törədilib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Xaçmazın Nabran İnzibati Ərazi Dairəsinə daxil olan Tel kəndində baş verib.
 

MÖVZU İLƏI BAĞLI:

Xaçmazda ata və oğul bıçaqlandı - ÖLƏN VAR


Bakı sakini Səhram Manafzadə şəxsi münasibətlər zəminində Köhnə Xudat kənd sakini Nurlan Məmmədrəhimovla dava edib. Nurlanın 15 yaşlı oğlu da həmin vaxt atasının maşınında olub.

Onlar mübahisə edərkən yeniyetmə atası ilə Səhramın dalaşdığını görəndə avtomobildən düşüb və onları ayırmaq istəyəndə Səhram onun ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib.

Məktəbli dərhal keçinib. Atası isə Səhram Manafzadənin endirdiyi bıçaq zərbələrindən xəsarət alıb. Məlumata görə, Bakı sakini, 34 yaşlı Səhram Manafzadə Tel kəndinə qaynatasıgilə gədibmiş. O, Nurlanı 2010-cu ildən tanıyırmış. Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO