Lukaşenkodan dünyayı qorxuya salan XƏBƏRDARLIQ – Belarus nüvə silahını işə SALACAQ?

Lukaşenkodan dünyayı qorxuya salan XƏBƏRDARLIQ – Belarus nüvə silahını işə SALACAQ?

Hazırda oxunan: Lukaşenkodan dünyayı qorxuya salan XƏBƏRDARLIQ – Belarus nüvə silahını işə SALACAQ?

206975

Ukraynanın Kursk əməliyyatından sonra Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin nüvə silahından istifadə etməsinin mümkünlüyündən danışıb. 

O, bununla bağlı Qərb ölkələrinə xəbərdarlıq edib. Belarus liderinin sözlərinə görə, bu, yalnız ən ekstremal halda mümkündür:

Əgər Qərb hücuma keçərsə...

“Taktiki nüvə silahlarından istifadə məsələsi gündəmə gələndə, mən onlara (Qərb ölkələri – red.) birbaşa söylədim ki, siz bizim dövlət sərhədimizə ayaq basmayınca, biz heç bir silahdan istifadə etməyəcəyik. Bu, həm də bizim Birlik Dövlətimizin sərhədinə aiddir”, Lukaşenko vurğulayıb.

O deyib ki, Rusiya rəsmi Minskin sorğusu əsasında öz nüvə silahını Belarus ərazisində yerləşdirdikdən sonra qeyri-dost ölkələrə birbaşa xəbərdarlıq edilib:

“Siz dövlət sərhədimizi – İttifaqı Dövlətinin sərhədini keçməyincə, nüvə silahından istifadə etməyəcəyik”.

Lukaşenkonun sözlərinə görə, ölkəsinin düşmənləri artıq qırmızı xətləri keçib və yalnız ən son qırmızı xətt qalıb. O, əlavə edib ki, NATO ilə müharibənin baş verməsini istəmir.

“Biz bunu istəmirik. Lakin əgər onlar bizə qarşı hərəkətə keçsələr, başqa çıxış yolumuz qalmayacaq və dərhal cavab verəcəyik”. 

Qeyd edək ki, bu yaxınlarda rəsmi Minsk Ukrayna tərəfindən öz ərazisinə PUA-ların göndərildiyini iddia etmişdi. Bu əsasda da Belarus xeyli sayda qoşununu Ukrayna sərhədinə cəmləyib. Ardınca da, xüsusən də Kiyevin Kursk əməliyyatından sonra, Lukaşenko da dünyanı nüvə silahı ilə təhdid edir. 

Lukaşenkonun nüvə xəbərdarlığı nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Belarus prezidentinin məlum açıqlaması Qərbdə Rusiya və Ukrayna, habelə Belarusa yönəlik eskalasiyanın gücləndirilməsində maraqlı olan qüvvələrə ünvanlanıb: 

“Sözügedən qüvvələr Almaniya və ABŞ-da daha çoxdur. Artıq Rusiyaya qarşı preventiv zərbələrin endirilməsi ilə bağlı müzakirələr ABŞ Konqresində də gündəmə gətirilib. Dövlət Departamenti isə Kurskda yaşananların Ukraynanın özünü müdafiə hüququ olduğunu deməklə, münaqişənin daha da qızışmasında maraqlı olan dairələrin dəyirmanına su töküb”.

“Taktiki nüvə silahından istifadə ehtimalı böyükdür”

Ekspert qeyd edir ki, Qərbdə bəlli dairələr Rusiyaya qarşı uzaq mənzilli raketlərdən istifadə fonunda müharibənin yeni fazaya keçəcəyinin və Belarusun özünü necə aparacağının fərqindədirlər: 
 

“Lukaşenkonun bəlli açıqlamaları göstərir ki, Qərb “qırmızı xətləri” keçsə, müttəfiq dövlətlər olaraq Rusiya və Belarusun taktiki nüvə silahına əl atması ehtimalı böyükdür. Çünki nüvə silahı təcavüzkarı sakitləşdirmək, reallıq hissini, bəşər qarşısında məsuliyyət borcunu anlatmaq üçün ən tutarlı vasitədir, çəkindirici faktordur.


Belarusun Ukrayna ilə həmsərhəd ərazilərdə qoşunlarını geri çəkməsindən sonra, Qərb xüsusi xidmət orqanları tərəfindən bu addımın Qərb-Minsk razılaşmasının nəticəsi olaraq, ortaya atıldığı ilə bağlı fikirlər tirajlanmağa başladı. Minskin bu addımının nəticəsi göz önündədir. Ukrayna Belarusla sərhəddə saxladığı qoşunların dislokasiya mövqelərini dəyişərək, onları Kursk ətrafına yönəltdi. Daha sonra isə bu istiqamətdə qüvvə üstünlüyünü təmin edərək güclü əks hücum əməliyyatları keçirməyə nail oldu”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO