Podolyak: “Ukrayna "Şimal axını"nın partladılmasında iştirak etməyib”

Podolyak: “Ukrayna "Şimal axını"nın partladılmasında iştirak etməyib”

Hazırda oxunan: Podolyak: “Ukrayna "Şimal axını"nın partladılmasında iştirak etməyib”

206793

 “"Şimal axını” qaz kəmərinin partladılması güclü texniki və maliyyə imkanları daxilində həyata keçirilə bilərdi ki, bu da yalnız Rusiyadadır, Ukrayna isə insidentdə iştirak etməyib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Reuters” agentliyinə şərhində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib. 

“Belə bir hərəkət yalnız geniş texniki və maliyyə resursları ilə həyata keçirilə bilər və bombalama zamanı bütün bu imkanlar kimdə idi? Yalnız Rusiya”, - o vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl bildirilib ki, Almaniyanın təşəbbüsü ilə “Şimal axını” və “Şimal axını 2” partlayışları ilə bağlı araşdırmalar hazırda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya yönəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO