Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət edir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ölkə prezidenti Volodimir Zelenskiyə məruzə edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna ordusu ölkə vətəndaşlarının BU İSTİQAMƏTLƏRDƏ hərəkətinə qadağa qoydu
Sırski bildirib ki, bu gün Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri müəyyən istiqamətlərdə 1 kilometrdən 3 kilometrə qədər irəliləyə bilib, 40 kvadrat kilometr ərazi nəzarətə götürülüb:
“Bu gün 74 yaşayış məntəqəsində bütün cəbhə boyu döyüşlər gedir, hərbi əməliyyatların yüksək intensivliyinə baxmayaraq, əməliyyatı davam etdiririk”.
Bizim.Media