Böyük Britaniyaya sanksiyalar tətbiq oluna bilər - SƏBƏB

Böyük Britaniyaya sanksiyalar tətbiq oluna bilər - SƏBƏB

Hazırda oxunan: Böyük Britaniyaya sanksiyalar tətbiq oluna bilər - SƏBƏB

20651

Fransadan Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq oluna bilər.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasında yaranan qalmaqala səbəb balıq ovudur. Böyük Britaniyanın “Brexit”-də nəzərdə tutulan balıq ovuna dair razılaşmaya məhəl qoymadığı məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Böyük Britaniya sahillərini itirir – VİDEO


Belə ki, Britaniya hakimiyyəti Cersi sahillərində balıq ovu üçün Fransanın 344 balıqçı gəmisinə icazə verməli olduğu halda siyahıya cəmi 41 belə gəmini daxil edib.

Fransa hökumətinin sözcüsü Qabriel Attal bildirib ki, Böyük Britaniyanın razılaşmaya məhəl qoymayacağı təqdirdə La-Manş boğazında yerləşən Cersi adasına verilən elektrik enerjisi dayandırıla bilər. Onun sözlərinə görə, rəsmi Paris rəsmi Londondan Avropa Komissiyasına şikayət edib.

Qeyd edək ki, martın 6-da 60-dək Fransanın balıqçı gəmisi adanı blokadaya almışdılar.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO