Qəbələdə qanunsuz torpaq zəbtinin qarşısı alındı - FOTO

Qəbələdə qanunsuz torpaq zəbtinin qarşısı alındı - FOTO

Hazırda oxunan: Qəbələdə qanunsuz torpaq zəbtinin qarşısı alındı - FOTO

206383

Qəbələ rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində növbəti monitorinq keçirilib. Bu zamanı Qəbələ şəhər ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən iaşə xidməti  məqsədi ilə zəbt edilmiş 0.5 hektar dövlət meşə fonduna məxsus torpaq sahələrində söküntü işləri aparılaraq ərazi boşaldılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müvafiq qurumlar bir daha vətəndaşların diqqətinə çatdırır ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir. 

Belə hallar aşkarlandığı təqdirdə dərhal qarşısı alınacaq. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO