101 yaşlı veteranın ən böyük arzusu Qarabağı görməkdir - VİDEO

101 yaşlı veteranın ən böyük arzusu Qarabağı görməkdir - VİDEO

Hazırda oxunan: 101 yaşlı veteranın ən böyük arzusu Qarabağı görməkdir - VİDEO

20617

İctimai Televiziya Şimali Qafqazdan Vyanaya qədər döyüş yolu keçən 101 yaşlı veteran Tamleyxa Həsənovu evində ziyarət edib. 

Bizim.Media xəbər verir ki, veteranı salamlayan Qarabağ qazisi çavuş Əhədov bayram münasibətilə onu təbrik edərək, Azərbaycan xalqının onlarla hər zaman fəxr etdiklərini bildirib.  

101 yaşlı veteran da öz növbəsində qazimizi ürəkdən təbrik edib və əsl qələbənin Qarabağda qazanıldığını bildirib. Söhbət zamanı o indi ən böyük arzusunun Qarabağı görmək olduğunu dilə gətirib.

Daha sonra veteranlar eyvana çıxaraq hərbi orkestrin çıxışına tamaşa ediblər.

Qeyd edək ki, Tamleyxa Həsənovun döyüş yolu 22 yaşında Şimali Qafqazdan başlayıb. Krım, Ruminiya və Macarıstanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək Vyanaya qədər gedib çıxıb.

Daha ətraflı süjetdə:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO