Bu il Naxçıvanda 6300-ə yaxın “ASAN İmza” sertifikatı verilib

Bu il Naxçıvanda 6300-ə yaxın “ASAN İmza” sertifikatı verilib

Hazırda oxunan: Bu il Naxçıvanda 6300-ə yaxın “ASAN İmza” sertifikatı verilib

205885

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 24 min 880 şəxs qəbul edilib.

Bizim.Media Naxçıvan bürosuna istinadən xəbər verir ki, strukturlar tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 33 min 410 xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Yanvar-iyul aylarında vergi ödəyicilərinə 202 min 321 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 55 görüş keçirilib, 394 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3393 müraciət üzrə 6281 “ASAN İmza” sertifikatı verilib.

Bu ilin 7 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 22 min 917 şəxs qəbul edilib və onlara 31 min 77 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO