Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub:
"Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.
Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib", - deyə məlumatda qeyd edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:11 / 08.08.2024
Bakıda 100 min manatlıq dələduzluq edən qadın SAXLANILDI
Hazırda oxunan: Bakıda 100 min manatlıq dələduzluq edən qadın SAXLANILDI
Hazırda oxunan: Bakıda 100 min manatlıq dələduzluq edən qadın SAXLANILDI
205675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.