Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Bizim.Media xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib.
Losonçun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:50 / 07.08.2024
Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurdu
Hazırda oxunan: Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurdu
Hazırda oxunan: Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurdu
205595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.