"Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Müəllim olmaq istəyən 465 nəfər müsabiqədən keçdi
Onun sözlərinə görə, çünki pandemiyaya görə qeyri-müəyyənlik var:
"Amma bu il hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Payız aylarında olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, olmasaydı, bəlkə də proses artıq başlamışdı".
Bizim.Media