Gürcüstan vətəndaşları Avropadan kütləvi şəkildə DEPORTASİYA EDİLİR

Gürcüstan vətəndaşları Avropadan kütləvi şəkildə DEPORTASİYA EDİLİR

Hazırda oxunan: Gürcüstan vətəndaşları Avropadan kütləvi şəkildə DEPORTASİYA EDİLİR

205534

2024-cü il yanvarın 1-dən iyunun 30-dək Avropa İttifaqı ölkələri 2124 Gürcüstan vətəndaşını deportasiya etmək qərarına gəlib.

Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yayımladığı məlumatda qeyd olunub.

Deportasiya edilənlərin 1253-ü kişi, 352-si isə qadındır. Xüsusilə, Almaniyadan deportasiya edilən Gürcüstan vətəndaşlarının sayı daha çoxdur (1367 nəfər). Növbəti sıraları Fransa (299), Yunanıstan (91), İsveçrə (68), Polşa (50), İtaliya (43) və İspaniya (29) kimi ölkələr tutub.
 

Bundan əlavə, Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan hakimiyyəti readmissiya sazişi çərçivəsində deportasiya edilmiş 8 nəfəri vətənlərinə qaytarmaqdan imtina edib.

 
Qeyd edək ki, 2017-ci ilin mart ayından etibarən Gürcüstan vətəndaşları turizm, işgüzar və qonaq səfərləri məqsədilə Şengen zonası ölkələrinə vizasız qısamüddətli səfər etmək hüququ əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO