Tramp tərəfdarları səssayma mərkəzinə hücum etdilər - FOTO

Tramp tərəfdarları səssayma mərkəzinə hücum etdilər - FOTO

Hazırda oxunan: Tramp tərəfdarları səssayma mərkəzinə hücum etdilər - FOTO

2055

Donald Trampın tərəfdarları Cozef Baydenin irəlidə olduğu Detroitdə səs sayma mərkəzinə basqın ediblər.

Bizim.Media “Haber Global”a istinadən bildirir ki, onlar poçtla verilən səslərin sayılmasını dayandırmağa çalışıblar.

Son məlumatlara görə, Pensilvaniya, Nevada, Arizona, Şimali Karolina və Corciya ştatlarında səs qutusundan kimin adının çıxdığı bəlli deyil.

Bildirilir ki, Arizonada Tramp tərəfdarları siyahıyaalma mərkəzi və bələdiyyə binaları qarşısında toplaşaraq sayımın dayandırılmasına çağırış ediblər. Etirazçıların bəzilərində silah olması diqqət çəkib.

Nümayişlər Ağ Evin yaxınlığında olarkən, Nyu-Yorkdakı Manhettendə qarşıdurmalar güclənib.

Təkcə Manhettendə təxminən 20 nümayişçinin nəzarətə alındığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO