Paris-2024-də növbəti qalmaqal: Rumıniyanın baş naziri bağlanış mərasiminə qatılmayacaq

Paris-2024-də növbəti qalmaqal: Rumıniyanın baş naziri bağlanış mərasiminə qatılmayacaq

Hazırda oxunan: Paris-2024-də növbəti qalmaqal: Rumıniyanın baş naziri bağlanış mərasiminə qatılmayacaq

205488

Rumıniyanın baş naziri Marçel Çolaku Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimini boykot edəcək. 

Bizim.Media xəbər verir ki, o, mərasimdə iştirak etməyəcəyini bildirib. 

Buna səbəb idman gimnastikası yarışlarında rumıniyalı idmançının üzləşdiyi hadisədir. Baş nazirin fikrincə, Ana Barbosu hakim haqsızlığı üzündən bürünc medaldan məhrum edilib: 
 

"Gimnastikadakı qalmaqaldan sonra Parisə bağlanış mərasiminə getməyəcəm. Rumıniyalı idmançı ilə yaxşı davranmadılar. Gimnastımız əməyi sayəsində qazandığı layiqli medaldan məhrum edildi. Bu, qəbulolunmazdır".


Qeyd edək ki, hakimlər sərbəst hərəkətlərlə çıxış zamanı amerikalı Cordan Çaylza verilən xalda dəyişiklik edərək, onun 5-ci pillədən 3-cü pilləyə yüksəlməsinə şərait yaradıblar. Nəticədə Rumıniya idmançısı fəxri kürsüdən kənarda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO