Gürcüstan Prezidenti Saakaşvilini əfv edəcək?

Gürcüstan Prezidenti Saakaşvilini əfv edəcək?

Hazırda oxunan: Gürcüstan Prezidenti Saakaşvilini əfv edəcək?

205400

Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixail Saakaşvilini əfv etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə istinadən yayıb.

Qeyd olunur ki, Ukrayna parlamenti Gürcüstan rəhbərinə Saakaşvilinin əfv olunması xahişi ilə müraciət edib. Bundan əlavə, bu təşəbbüsü müxalif "Mtavari Arxi" televiziya şirkətinin təsisçisi Nika Qvaramiya da dəstəkləyib. Gürcüstanın sabiq prezidentinin özü də müvafiq xahişlə dəfələrlə müraciət edib.

Nəticədə Zurabişvili əfv planı üzərində düşünməyə başlayıb. Eyni zamanda məlum olub ki, ölkənin sabiq liderinin keçmiş xidmətləri də belə bir qərarın lehinədir.
 

"Mixail Saakaşvili Salome Zurabişvilinin vəzifəsində qalmasına cəhd edib, Milli Hərəkat isə zəruri hesab etdikdə və vəziyyət yetişdikdə Salome Zurabişvilinin əfv aktı çıxaracağı üçün tərk edib. Burada təəccüblü nə var?", - Papuaşvili söyləyib.


Bu yaxınlarda Zurabişvili ABŞ-ın Gürcüstana qarşı sərt tədbirlərini gözlənilən adlandırıb və qeyd edib ki, bütün bunlar xarici agentlər haqqında qanuna görədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO