“Avropa İttifaqı Qırğızıstana Rusiya Federasiyasına qarşı sanksiyaların şərtlərini pozmamağı tövsiyə edib”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayev məlumat verib.
“Aİ-nin xarici işlər üzrə nümayəndəsi Cozep Borrelin Bişkekə son səfəri zamanı əsasən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Ona görə də əsas söhbət əməkdaşlığın yol xəritəsinin həyata keçirilməsi ilə bağlı olub. Onlar həmçinin anti-Rusiya sanksiyalarını pozmamaq barədə xəbərdarlıq ediblər”, - deyə Kulubayev bazar ertəsi keçirdiyi brifinqdə bildirib.
Nazirin sözlərinə görə, Borrelin Bişkek səfəri ticarət həcminin artırılması və tranzit imkanlarının güenişləndirilməsi məsələlərinin müzakirə olunması baxımından faydalı olub. Borrell avqustun 3-də Bişkekdə işgüzar səfərdə olub.
Bizim.Media