“İlham Əliyevin gələcək prezidentlik illərində istənilən tənqidin və ya narazılığın ən mükəmməl cavabı var - Şuşa və Qarabağ! Daha doğrusu milli qürurun və hətta milli kimliyin qaytarılması”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Eynulla Fətullayev feysbuk səhifəsində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Jurnalist bildirib ki, Şuşanın qaytarmaqla İlham Əliyev milli liderlik zirvəsinə ucalıb:
“Şəxsən mən özüm Şuşanın qayıtmasına ümidimi itirmişdim. Məncə, İlham Əliyev tariximizdə milli lider zirvəsinə ucaldı. Həm də böyük qurucu, parlaq siyasətçi və artıq regionda, hətta deyərdim dünyada nüfuz və güc sahibinə çevrildi."
"Vaxtilə, Pənahabad və Şuşa məhfumlarının identikliyi tarixi aksioma çevrildiyi kimi, bu gün mənim üçün Şuşa və İlham eyni sözlərdi. O, bizi məğlub millətdən qalib millətə çevirdi!!!”
Bizim.Media