Sumqayıtda fəaliyyət göstərən bəzi avtobusların istismar müddəti başa çatıb, bəziləri isə sərnişin daşımaq üçün yararsızdır.
Bizim.Media xəbər verir ki, şəhərin mərkəzindən təxminən 10 istiqamətdə hərəkət edən avtobuslar təxminən 30 ildir ki, sərnişinlərə xidmət göstərir. Həmin avtobusların hələ də istismarda olması sərnişinləri narazı salır.
Avtobuslarda kondisioner sisteminin olmaması da sərnişinlərin narazılığına səbəb olur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, daşıyıcılar müsabiqəyə çıxarılacaq və bundan sonra köhnə avtobusların yeniləri ilə əvəzlənməsi prosesinə start veriləcək.
"Bakıkart"a keçiləndən sonra isə problem birdəfəlik həllini tapacaq.
Daha ətraflı Xəzər televiziyasının videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:02 / 04.08.2024
Sumqayıtda hələ də köhnə avtobuslar xəttə çıxır - VİDEO
Hazırda oxunan: Sumqayıtda hələ də köhnə avtobuslar xəttə çıxır - VİDEO
Hazırda oxunan: Sumqayıtda hələ də köhnə avtobuslar xəttə çıxır - VİDEO
205091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.