İranda koronavirusdan ölənlərin sayı 37 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 37 minə çatır

Hazırda oxunan: İranda koronavirusdan ölənlərin sayı 37 minə çatır

2049

İranda ötən sutka ərzində 8 772 nəfər koronavirusa (COVID -19) yoluxub.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 654 936 nəfərə çatıb. Virus daşıyıcılarından 5 472 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 406 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 36 985 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 505 287 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,11 milyondan çox diaqnoz testi həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO