Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media “report.az” a istinadən xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.
MÖVZU İLƏ BAĞLI:
Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq öldü
Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.
Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.
Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.
Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
Bizim.Media