Rusiyalı senator Dmitri Savelyev Federasiya Şurasında saxlanılıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, o, qətlin təşkilində iştirakda şübhəli bilinir.
Bundan əvvəl baş prokuror İqor Krasnov senator Savelyevin toxunulmazlığının ləğv edilməsi xahişi ilə Federasiya Şurasına müraciət edib. Federasiya Şurası buna icazə verib və siyasətçi iclasdan çıxarkən saxlanılıb.
Xatırladaq ki, Dmitri Savelyev 2016-cı ildən Federasiya Şurasının üzvüdür. Parlamentin yuxarı palatasında Tula vilayətini təmsil edir.
Onun səlahiyyətləri sentyabrda başa çatır. Federasiya Şurasına daxil olana qədər Savelyev 17 il Dövlət Dumasının deputatı olub.
Bizim.Media