“Moldova Ukraynanın taleyini bölüşməmək üçün tarixlə oynamamalıdır”
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Ukraynada 2006-cı ildə “Qolodomor nağılları”nın müvafiq qanun şəklində rəsmiləşdirilməsindən 2014-cü ildə ilk nasist batalyonunun, sonra isə Azov alayının və briqadasının yaradılmasına qədər 10 ildən az vaxt keçdi. Hər şey tarixlə “oynamaqdan” irəli gəlir. Yeni bir müharibəyə səbəb olmamaq üçün tarixlə düşüncəsiz formadaoynamamalısınız. Yoxsa Moldova, doğrudanmı, Ukraynanın taleyini bölüşmək istəyir?”
Qeyd edək ki, bir neçə gün Moldova parlamentinin spikeri İqor Qrosu 1946-1947-ci illərdəki aclıq dövrünün soyqırımı kimi tanınması ilə bağlı təkliflərin olduğunu qeyd etmişdi.
Xatırladaq ki, II Dünya Müharibəsindən sonrakı dövrdə Ukraynada olduğu kimi, Moldovada da xeyli sayda insan kütləvi aclıq səbəbindən həyatını itirib. Bir sıra tarixçilərin fikrincə, sözügedən aclıq SSRİ hakimiyyəti tərəfindən məqsədli şəkildə yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:14 / 02.08.2024
Medvedevdən Moldovaya XƏBƏRDARLIQ: “Ukraynanın taleyini bölüşmək istəyirsiniz?”
Hazırda oxunan: Medvedevdən Moldovaya XƏBƏRDARLIQ: “Ukraynanın taleyini bölüşmək istəyirsiniz?”
Hazırda oxunan: Medvedevdən Moldovaya XƏBƏRDARLIQ: “Ukraynanın taleyini bölüşmək istəyirsiniz?”
204737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.