Əhvalımızı korlayan insanlardan NECƏ UZAQLAŞAQ?

Əhvalımızı korlayan insanlardan NECƏ UZAQLAŞAQ?

Hazırda oxunan: Əhvalımızı korlayan insanlardan NECƏ UZAQLAŞAQ?

204713

Həyatımız boyu çoxlu insan tanıyırıq. Tanıdığımız insanlar çevrəmizi yaradır. Bəziləri ilə ünsiyyətimiz pozulur, bəziləri ilə dostlaşırıq. Amma bütün hallarda çevrəmizdəki hər bir insan müəyyən qədər həyatımıza mənfi və ya müsbət mənada təsir edir. Çox təəssüf ki, əksər hallarda həyatımıza mənfi təsir edənlərə daha çox önəm veririk.

Görəsən, ətrafımızdakı insanların həyatımıza mənfi təsir etməsinə niyə icazə veririk?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, mühitin insana təsiri və eyni zamanda insanın mühitə təsiri onun fərdi xüsusiyyətlərindən, psixoloji vəziyyətindən asılıdır:

“Bir qrup insanlar var ki, mühiti idarə edir bir qrup insan da var ki, mühit onu idarə edir. Mühiti idarə edən insanlar düşdükləri mühitdən aslı olmayaraq dərhal toplumu ələ alır və o toplumun içərisində özünə sevgi qazanır. Bu sevgi eyni zamanda mühit içərisində həmin insanı pozitiv enerjili, maraqlı  fikir və düşüncə sahibi olaraq tanıdır. 

Mühitin təsir etdiyi insanlarda isə empatiya hissi güclüdür. 

Bəzən bəzi insanlar çox şən bir abu-havada olsalar da, düşdükləri mühitdə baş verən hər şey onların əhvalına və psixologiyasına təsir edir. Bu zaman onlar artıq təbii olaraq topluma uyğun addım atırlar. Bəzən çox sərbəst, müstəqil böyüyən gənc qız mühafizəkar bir ailənin oğlu ilə evlənir. Ailə mühafizəkar olduğu üçün çox şeyi ona qadağa edir. İstər-istəməz bu ailəyə düşən gənc qız da ailənin mühitinə uyğun davranaraq get-gedə xasiyyətlərini dəyişir. 

Bu da müxtəlif ənənəvi düşüncələrdən irəli gəlir. 

Məsələn, “Ailə bir dəfə qurular”, “Ailə möhkəm olmalıdır”, “Övladım atasının yanında böyüməlidir”, “Düşdüyüm ailədə qayda-qanun bu cürdür və mən bu qanunlara uyğun olaraq addımlar atmalıyam” kimi düşüncələr. Bu baxımdan da biz deyə bilərik ki, bəli mühitin insanlara təsir mexanizmi var, insanların da mühitə. 

Eyni situasiyada evləndiyi oğlanın ailəsi ilə razılaşmayan qızlar da az deyil. Burada da artıq dava-dalaşlar başlayır. Deməli, bir insana mühitin təsiri və eyni zamanda onun mühitə təsiri insanların fərdi xüsusiyyətlərindən, psixoloji durumlarından birbaşa asılıdır”

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO