Azərbaycanda torpaqdan qanunsuz istifadəyə dair 3 mindən çox hal aşkarlandı

Azərbaycanda torpaqdan qanunsuz istifadəyə dair 3 mindən çox hal aşkarlandı

Hazırda oxunan: Azərbaycanda torpaqdan qanunsuz istifadəyə dair 3 mindən çox hal aşkarlandı

204627

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların istifadəsi ilə bağlı qanunazidd 3 mindən çox hal aşkar edib.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədəki pozuntuların aradan qaldırılması ilə bağlı tapşırıqlarına və müvafiq qanunvericiliyə uyğun olaraq Dövlət Xidməti torpaqların təyinatına uyğun və səmərəli istifadəsinə, torpaqların əsassız zəbt olunmasına qarşı nəzarət tədbirlərini davam etdirir.
 

Xidmət fəaliyyət istiqamətinə uyğun olaraq ölkə ərazisində torpaqların istifadəsi ilə bağlı monitorinqlər və torpaq reydləri keçirir. Monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.


Yanvar-iyun aylarında torpaq müfəttişləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 3104 hal aşkar edilib, 625 inzibati cərimə tərtib edilib. Bu ilin ilk 6 aylığı ərzində aparılan monitorinqlərin nəticəsinə görə ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 1 719 olmaqla Bakı şəhərinin payına düşüb.

Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər aparılıb, 7,7 ha torpaq sahəsinin zəbt olunmasının qarşısı alınaraq ilkin vəziyyətə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO