“Ermənistan Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyir, bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir”.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri İspaniyanın “EFE” agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, döyüş bizim torpağımızda getdiyindən, münaqişəyə digər ölkələri cəlb etmək cəhdləri tamamilə faydasızdır:
“Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir. Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:14 / 05.11.2020
Azərbaycan Prezidenti: ”Ermənistan Rusiyanı müharibəyə sürükləmək istəyir”
Hazırda oxunan: Azərbaycan Prezidenti: ”Ermənistan Rusiyanı müharibəyə sürükləmək istəyir”
Hazırda oxunan: Azərbaycan Prezidenti: ”Ermənistan Rusiyanı müharibəyə sürükləmək istəyir”
2044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.