Paris-2024: Azərbaycan idmançılarının OYUN CƏDVƏLİ - FOTO

Paris-2024: Azərbaycan idmançılarının OYUN CƏDVƏLİ - FOTO

Hazırda oxunan: Paris-2024: Azərbaycan idmançılarının OYUN CƏDVƏLİ - FOTO

204197

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının oyun cədvəli açıqlanıb.

Bizim.Media həmin cədvəli sizə təqdim edir:

1. Kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.

2. Akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.

3. Cüdoçu Zelim Tçkayev mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində yer alan millimizin üzvü 1/16 final səddini keçməyə çalışacaq.

4. Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.

5. Boksçular - Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/16 finaldan başlayacaq N.Allahverdiyev Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

6. Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da qüvvəsini sınayacaq. Sıralama turunda 647 xalla 39-cu yeri tutan milli üzvü 1/32 finalda çinli An Qixuanla görüşəcək.

7. Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO