Dünən axşam saatlarından başlayan güclü yağış Gəncədə ciddi fəsadlar yaradıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, leysan nəticəsində yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaranıb. Yağış suları evlərin həyətlərinə və zirzəmilərə dolub.
Gecədən yağan yağış çaylarda suyun səviyyəsini nəzərə çarpaçaq dərəcədə artırıb. Gəncəçay bütün məcrası ilə axır, bəzi ərazilərdə hətta bəndin yuxarı hissələrinə qədər qalxır. Hazırda bölgədə qeyri sabit hava şəraiti davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu