Şimal-qərb bölgəsində yağıntılı hava hansı fəsadlar yaradıb? - FOTO/VİDEO

Şimal-qərb bölgəsində yağıntılı hava hansı fəsadlar yaradıb? - FOTO/VİDEO

Hazırda oxunan: Şimal-qərb bölgəsində yağıntılı hava hansı fəsadlar yaradıb? - FOTO/VİDEO

203914

Başa çatan həftə ərzində şimal-qərb bölgəsinə daxil olan rayonlarda əsasən hava şəraiti yağıntılı keçib. Bölgənin əksər ərazilərinə əsasən də dağlıq yaşayış məntəqələrinə həftə boyu günün müxtəlif saatlarında yağış yağıb. Bu səbəbdəndir ki, mənbəyini Böyük Qafqazdan götürən əksər dağ çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb, sel daşqınları yaranıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən günlər Qəbələdə Dəmiraparan, Qala, Durca çayların daşması nəticəsində təsərrüfatlara xeyli ziyan dəyib. Eyni zamanda Qala çayının daşması nəticəsində Oğuzun Filfilli, Türyan çayının daşması nəticəsində isə Mollalı kəndlərində fəsadlar yaranıb.

Ötən gün yağan güclü leysan yağışları Şəkidə Şin çayın əsas mənbəyi ilə yanaşı qollarında da suyun artmasına nəticədə Aşağı Göynük və Köndələn kəndlərində təsərrüfatlara ziyan vurması ilə nəticələnib.

Bu gecə isə Qax və Zaqatala rayonlarında aramsız güclü yağışlar yağıb. Qaxın ərazisindən axan Kürmük, Zaqatalanın ərazisindən axan Böyükçayda da (Muxaxçay-red) suyun səviyyəsi yenidən artıb. İlkin məlumatlara əsasən ciddi fəsadlar qeydə alınmasa da hər an sel basma təhlkəsi var.

Çaylarda hər an sel təhlükəsinin baş verməsi nəzərə alınaraq əksər iri çayların kənarına ağır texnika və maşınlar cəlb edilib. Ərazilər nəzarətdə saxlanılmağa çalışılır.












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO