İraqlı cüdoçu dopinqə görə olimpiadadan uzaqlaşdırıldı

İraqlı cüdoçu dopinqə görə olimpiadadan uzaqlaşdırıldı

Hazırda oxunan: İraqlı cüdoçu dopinqə görə olimpiadadan uzaqlaşdırıldı

203769

İraqlı cüdoçu Sehen Saccad (81 kq) antidopinq qaydalarını pozduğuna görə, Paris-2024 Yay Olimpiya Oyunlarında diskvalifikasiyaya məruz qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.

Bu, Oyunlarda ilk dopinq cəzası kimi qeydə alınıb. 28 yaşlı idmançının iyulun 23-də verdiyi test müsbət olub. Onun qanında qadağan olunmuş metandion və boldenon maddələri tapılıb.

Saccad olimpiadanın 1/16 finalında özbəkistanlı Şarofiddin Boltobayevlə qarşılaşmalı idi. Bu idmançının yolu 1/8 finalda Azərbaycan cüdoçusu Zelim Tçkayevlə kəsişə bilər.

Qeyd edək ki, qaydalara görə, İraq olimpiyaçısı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib, B testinin nəticələrini istəmək hüququna malikdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO