Yaponiya, Almaniya və Fransanın ümidi MİQRANTLARA QALIB – QORXUNC STATİSTİKA – FOTO 

Yaponiya, Almaniya və Fransanın ümidi MİQRANTLARA QALIB – QORXUNC STATİSTİKA – FOTO 

Hazırda oxunan: Yaponiya, Almaniya və Fransanın ümidi MİQRANTLARA QALIB – QORXUNC STATİSTİKA – FOTO 

203284

Ölkələrin siyahıya alınmasında qorxunc mənzərə ortaya çıxıb. Yaponiya neqativ tendensiyanın başında gəlir. Yaponiyada gənc əhalinin sayının azalması ilə bağlı hökumət hərəkətə keçib. Bu problemin qarşısını almaq üçün təşviqat paketləri ayrılsa da, ciddi dəyişiklik olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yaşlı əhalinin sayının artması və gənc nüfuzun azalmasının arxasında duran ən böyük problem iqtisadi məsələlər və gələcəklə bağlı narahatlıqdır.

Ekspertlərin apardığı araşdırmada bu problemlərin həlli istiqamətində atılan addımların effektiv olmadığı qeyd olunub.

Araşdırmalara görə, Yaponiya dünyada artan yaşlı əhalinin sayına görə liderdir, siyahıda daha sonra İtaliya, Almaniya və Fransa gəlir. 

İstehsalın azaldığı ölkələrdə son həll yolu kimi miqrant qəbulu göstərilib. Məsələn, miqrantlara ev verən İtaliyanın yeganə şərti odur ki, gələcəkdə insanlar kənd yerlərində məskunlaşsınlar, məhsul istehsal edib uşaq dünyaya gətirsinlər.

Fransa isə öz fabriklərində işləmək üçün işçi tapa bilmir. Ona görə də beynəlxalq platformalarda fabrikdə çalışmaq üçün iş elanları dərc edirlər.

Siyahıda ən çox diqqət çəkən ölkə isə Almaniya olub. Bu ölkə gələn miqrantlara ikili vətəndaşlıq təklif edir. Ümumən ölkələrin əhalisinin yoxsullaşması artıq hökumətləri qorxuya salıb.








Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO