Ermənilərə sərhəddə neytral zona lazımdırsa... – Azərbaycanın TƏKLİFİ VAR

Ermənilərə sərhəddə neytral zona lazımdırsa... – Azərbaycanın TƏKLİFİ VAR

Hazırda oxunan: Ermənilərə sərhəddə neytral zona lazımdırsa... – Azərbaycanın TƏKLİFİ VAR

20328

Bir müddət əvvəl Erməni KİV-i Azərbaycanla Ermənistan sərhəd zonasında  neytral zonanın yaradılması tələbi haqqında silsilə yazılar dərc etdilər. Üzdəniraq qonşularımız buna səbəb kimi dünya praktikasını göstərərək münaqişədən sonra bir çox ölkələrdə bu zonanın mövcudluğu haqqında faktları da sadalayıblar.

Ekspertlər ermənilərin bu hərəkətini əslində daha bir həmlə, oyunpozanlıq kimi dəyərləndirirlər.

Ermənilərin xislətinə yaxşı bələd olan Azərbaycan bunu yaxşı başa düşür ki, illər boyu ağlaya-ağlaya özlərinə örüş yeri, bağ salmaq üçün ərazi istəyən ermənilər sonra öz havadarları sayəsində Azərbaycanın bu torpaqlarını mənimsəyərək, dünyaya öz malları kimi sırıya biliblər.

Hazırda hiyləgər separatçıların bir həmləsi də neytral zona adı altında Azərbaycan ərazilərindən bir qarış torpaq belə mənimsəməyi qənimət bilərək bu iddiaları ortaya atır.

Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya açıqlmasında bildirib ki, Azərbaycanın ermənilərə  neytral zona kimi veriləcək bir santimetr belə torpağı yoxdur:

“Azərbaycan öz torpaqlarını azad etmək və Qarabağda olan sülhməramlıların diqqətində olan torpaqları ən yaxın müddətdə nəzarətə götürməyi qarşısına hədəf kimi qoyub. Azərbaycan bu hədəfə tərəf çox inamla addımlayır. Hazırda Zəngilan, Qubadlı, Cəbrayıl istiqamətində həm İranla, həm də Ermənistanla sərhədlərin bərpası gedir. Bu Ermənistanın daxili problemidir. Əgər ermənilərə neytral zona lazımdırsa, bunu rahatlıqla öz ərazilərində edə bilərlər. Biz buna etiraz etmirik və edə də bilmərik.

Lakin bizim bir qarış torpağımızın belə neytral zona və ya hansısa təhlükəsizlik məqsədilə güzəştə gedilməsi mümkün deyil. Biz 30 il bu torpaqların həsrəti ilə yaşamışıq. Bu əraziləri qarış-qarış qanımız, canımız bahasına azad etmişik. Onun üçün də bu torpaqların hansısa məqsədə görə güzəştə gedilməsi barədə heç bir söhbət gedə bilməz. Bu barədə kiminsə hansısa müzakirə edəcəyi barədə də düşünmürəm”.

Görünən odur ki, ərazi iddialarının suya düşdüyünü anlayan revanşist ermənilərin bu hiyləsi altında daha bir məqsəd yatır.

Bu həm də ermənilərin qorxulu yuxularına çevrilən Zəngəzur dəhlizinin qurulmasına maneə olmaq və dirəniş göstərərək əlavə güzəştlər əldə etmək üçündür. 

Amma bu dəfə erməni variantları işləməyəcək...  

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO