İnsanların çoxu depressiyaya düşəndə istəmədən artıq yemək yediklərindən şikayətlənirlər. Maraqlısı isə odur ki, bu hal aclıq hissi olmasa belə baş verir. Yəni depressiyada olarkən qidalanma ilə bağlı davranış pozuntuları özünü büruzə verməyə başlayır.
Dietoloqlar da bildirir ki, artıq çəkinin, köklüyün əsas səbəblərindən biri düzgün və vaxtında qidalanmamaqdır.
Psixoloq Elmir Əkbər isə Bizim.Media-ya bildirib ki, insanların qida davrranışındakı problemlər onun psixologiyası və ruh halı ilə bağlıdır:
“Depressiya, təşviş pozuntuları arrtıq qidalanmağa səbəb olur. Qeyri-düzgün qidalanmaq, artıq çəki yığmaq, anoreksiya (kökəlməkdən əsassız qorxu), bulimiya (çox yemək) və s. bunlar hamısı qida davranışı pozuntusu kimi tibbdə və psixologiyada öz təsdiqini tapıb. Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən qida davranış pozuntusu F kateqoriyası ilə psixoloji xəstəliklərin siyahısındadır. Təəssüflər olsun ki, son illərdə Azərbaycanda, Türkiyədə, Rusiyada “onu yeməyin, bunu yeyin” deyən çox dietoloq gündəmə gəlir”.
Psixoloq qeyd edib ki, Azərbaycanda öz mədəsini əməliyyatla kəsdirib çıxaranlar camaata yemək tərzi öyrədirlər:
“Hansı ki, bu, ən qeyri-sağlam addımdır. Bu adam qidalanmağı bilsəydi, gedib mədə-bağırsağını kəsdirib çıxartdırardı? İndiki zamanda hər kəs çox gözəl bilir, nəyi yesən, kökəlirsən və ya arıqlayırsan. Standart dietologiya deyir ki, rasiondan unu, şəkəri, karbohhidrat və yağların bir qismini çıxarırsan və arıqlayırsan.
Bəs buna niyə az sayda insan nadir hallarda riayət edə bilir?
Ona görə ki, bunun arxasında insanın psixi aparatı durur. Müasir dövrdə tibb və psixologiyanın yeganə tövsiyə etdiyi ən sağlam və effekt verən üsul qida analitik davranış terapiyasıdır.
Belə ki, terapiya ilə insan əhval-ruhiyyəsi dəyişir, daxili harmoniya, tarazlıq yaranır. Hüzur tapmış insan ruhu da qeyri-düzgün qida davranışlarından özü imtina edir”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 24.07.2024
“Mədəsini əməliyyatla kəsdirənlər camaata yemək tərzi öyrədir” – Psixoloqdan qalmaqallı AÇIQLAMA
Hazırda oxunan: “Mədəsini əməliyyatla kəsdirənlər camaata yemək tərzi öyrədir” – Psixoloqdan qalmaqallı AÇIQLAMA
Hazırda oxunan: “Mədəsini əməliyyatla kəsdirənlər camaata yemək tərzi öyrədir” – Psixoloqdan qalmaqallı AÇIQLAMA
203269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.